Bakıda siqaretlərin qiyməti bahalaşıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda siqaretlərin qiyməti bahalaşıb – FOTO

14:09 - 08 / 01 / 2016
Bakıda siqaretlərin qiyməti bahalaşıb – FOTO

Bu gün sosial şəbəkələrdə siqaretlərin qiymət cədvəlini əks etdirən şəkli yayılıb. Bu da tütün məmulatlarında kəskin surətdə bahalaşma olduğunun göstəricisidir.

Eyni zamanda bir çox istifadəçilər Bakının bir çox satış nöqtələrində siqaretlərin olmadığından şikayət edir.

Hadisəyə aydınlıq gətirmək üçün 1news.az  Bakının bir neçə supermarket və köşklərində monitorinq aparıb. Monitorinqin nəticəsi olaraq məlum olub ki, bu gün demək olar ki, bir çox mağaza və köşklərdə siqaterlərin qiymətində 20-25% artım müşahidə olunub. Bir neçə məşhur markalardan olan siqaretlər istisnalıq təşkil edib.

Köşklərdə LD siqareti indi 2,6 manata (əvvəl 2,2 manat), Viceroy – 2,4 manata (1,9 manat), Kent – 3,8 manata, bəzi yerlərdə - 4 manata(3 manat), Rothmans – 2,6 manata(2,2 manat) satılır.

Mövzu ilə əlaqədar:

Bakının mərkəzindəki iri mağazalara baxış: kim qiymətləri qaldırıb? – FOTO

Qeyd edək ki, iri supermarketlərdə siqaretin qiymətində dəyişiklik olmayıb. Lakin populyar siqaret markaları isə satışda yoxdur.

“Neptun” supermarketində (28 May metrosu yaxınlığında) Rothmans və Kent siqaretləri əvvəlki qiymətə satılır. Lakin LD və Viceroy siqaterləri satışda yoxdur.

“Fresco” supermarketində (Respublika Sarayından yuxarı) Viceroy siareti 1,9 manat satılsa da, lakin Kent-in qiyməti bahalaşaraq 3,5 manat təşkil edir.

“Bazar store”supermarketində(28 MALL) LD, Viceroy, Rothmans və Vogue siqaterləri ümumiyyətlə yoxdur.

1news.az

Paylaş:
4399

Son xəbərlər

Bütün xəbərlər