Ağdaş sakini ov tüfəngi ilə qohumunu güllələdi
Ağdaş rayonunda bədbəxt hadisə baş verib.
1news.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, hadisə dünən rayonun Hacılı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Emin Həsənov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən qohumu Pünhan Həsənov qarın nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Ağdaş Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən E.Həsənovdan “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.
1news.az
817