“Xalq Bank” nizamnamə kapitalını 211,6 milyon manata çatdırıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Xalq Bank” nizamnamə kapitalını 211,6 milyon manata çatdırıb

15:42 - 08 / 01 / 2016
“Xalq Bank” nizamnamə kapitalını 211,6 milyon manata çatdırıb

“Xalq Bank” ASC 2015-ci il dekabr ayının 30-da nizamnamə kapitalının 211 646 490 manatadək çatdırılması üzrə proseduru sona çatdırıb.

Bu haqda bankın yaydığı məlumatda qeyd olunub. Nizamnamə kapitalı bankın 2014-cü ildə əldə etdiyi xalis mənfəəti hesabına 7,4% artırılıb.

Nizamnamə kapitalının artırılması haqda qərar səhmdarların 26 noyabr 2015-ci il tarixli Ümumi Yığıncağında verilib.

Qeyd edək ki, “Xalq Bank” ölkə banklarının renkinq cədvəlində nizamnamə kapitalının həcminə görə 3-cü yerdə qərarlaşıb.

 

Paylaş:
1363

Son xəbərlər

Bütün xəbərlər