Rus dram teatrında “Məhəbbətlə zarafat etmirlər” tamaşası nümayiş olunacaq | 1news.az | Xəbərlər
Mədəniyyət

Rus dram teatrında “Məhəbbətlə zarafat etmirlər” tamaşası nümayiş olunacaq

16:48 - 08 / 01 / 2016
Rus dram teatrında “Məhəbbətlə zarafat etmirlər” tamaşası nümayiş olunacaq

Yanvarın 10-da Azərbaycan Dövlət Rus Dram Teatrı ispan dramaturq Pedro Kalderonun lirik komediya janrında qələmə aldığı “Məhəbbətlə zarafat etmirlər” pyesinin tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.

Mədəniyyət və Turizm Nazirliyindən 1news.az –a verilən məlumata görə, səhnə əsərinin quruluşçu rejissoru Anna Potapova, quruluşçu rəssamı İrina Yaryomenko, musiqi tərtibatçısı isə əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

Əsas rolları əməkdar artist Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Oleq Əmirbəyov, Murad Məmmədov, Yeganə Hüseynli və başqaları ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerası 2014-cü ilin mayında keçirilib.

Paylaş:
880

Son xəbərlər

Bütün xəbərlər