Şamaxı sakinindən silah-sursat götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şamaxı sakinindən silah-sursat götürülüb

16:58 - 08 / 01 / 2016
Şamaxı sakinindən silah-sursat götürülüb

Şamaxı sakini polislər tərəfindən saxlanılıb.

1news.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şamaxı Rayon Pilis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Naseh Seyidovdan “Brauninq 1900” markalı tapança götürülüb.

Onun yaşadığı evə baxış zamanı isə əlavə olaraq “TOZ-1” markalı ov tüfəngi və 17 ədəd patron da aşkar edilərək götürülüb.

1news.az

Paylaş:
996

Son xəbərlər

Bütün xəbərlər