Bakıda "Baku Electronics"in iki mağazası bağlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda "Baku Electronics"in iki mağazası bağlanıb

17:23 - 08 / 01 / 2016
Bakıda "Baku Electronics"in iki mağazası bağlanıb

Azərbaycanda milli valyutanın məzənnəsinin sürətlə dəyərdən düşməsi məişət texnikasının satışı bazarında fəaliyyət göstərən yerli iri şirkətlərin fəaliyyətində problem yaradıb. Müşahidə olunan qlobal böhran artıq "Baku Electronics" şirkətinə ciddi təsir edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərəgörə, ötən il ərzində baş verən milli valyutanın təxminən 100%-lik devalvasiyası fonunda şirkətdə aparılan ixtisarlar və bəzi filialların bağlanması prosesi 2016-cı ildə də davam edir. Şirkət xərclərin optimallaşdırılması planı çərçivəsində paytaxtdakı iki filialını bu günlərdə bağlayıb. Həmin obyektlərin işçiləri isə ödənilməyən məzuniyyətə göndərilib. Dünəndən etibarən artıq işçilərə rəsmi şəkildə işdən çıxarıldıqları barədə məlumat verilib. 

Qeyd edək ki, bağlanan mağazalar "Baku Electronics"in Mərdəkan qəsəbəsi və "Metropark" Ticarət Mərkəzində yerləşən satış mərkəzləridir. Onların bağlanma səbəbi "Baku Electronics"in ticarət dövriyyəsinin xeyli zəifləməsi ilə əlaqələndirilir. Məsələn, böhrandan öncə 1 gündə 10 min manat həcmində satış həyata keçirilirdisə, hazırda bu rəqəm təqribən 3-4 min manata düşüb (dollar ekvivalentində isə azalma 6 dəfədən çox olub).

Hər iki mağazada ümumilikdə 15 işçi olub. İşsiz qalanların sözlərinə görə, işçilərin daha 30%-nin ixtisar ediləcəyi nəzərdə tutulub.

Manatın ikinci devalvasiyasından məişət texnikasını yeni qiymətlərlə satmalı olan şəbəkə, artıq hər hansı endirim kampaniyası keçirməyi nəzərdə tutmur. Bundan əlavə, işçılərə ödənilən mükafat və bonuslar ləğv edilib.

Qeyd edək ki, "Baku Electronics" 1994-cü ildə Bakıda bir mağaza ilə fəaliyyətə başlayıb. Hazırda şirkətin Bakı, Sumqayıt, Gəncə, Şəmkir, Quba, İsmayıllı, Mingəçevir, Yevlax, Zaqatala və Göyçayda yerləşən 18 mağazası ilə yanaşı Şirvan, Xaçmaz, Lənkəran, Cəlilabad, Şəki, Qusar, Biləsuvar, Masallı, Şirvan, Sabirabad, İmişli, Ağcabədi, Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Mingəçevir, Goranboy, Tovuz, Balakən, Zaqatala rayonlarında rəsmi nümayəndəlikləri də mövcuddur.

Paylaş:
706

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər