Azərbaycanın tanınmış veteran futbolçusu vəfat edib | 1news.az | Xəbərlər
İdman

Azərbaycanın tanınmış veteran futbolçusu vəfat edib

17:40 - 08 / 01 / 2016
Azərbaycanın tanınmış veteran futbolçusu vəfat edib

Azərbaycan futboluna ağır itki üz verib.

1news.az-ın məlumatına görə, tanınmış futbol veteranı Valeri Hacıyev uzun sürən xəstəlikdən sonra bu gün ömrünün 75-ci ilində dünyasını dəyişib.

Uzun illər “Neftçi”nin şərəfini qorumuş sabiq yarımmüdafiəçi sabah Bakıxanov qəsəbəsində dəfn olunacaq. Onunla vida mərasimi saat 13:00-da başlayacaq.

1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan Hacıyev “Neftçi”nin heyətində keçirdiyi 208 oyuna 23 qol vurub. Bundan başqa o, Moskva “Dinamo”su və SSRİ-nin olimpiya yığmasının da formasını geyinib.

Futbolçu karyerasını bitirdikdən sonra U-21 gənclər yığmasının baş məşqçisi olan V.Hacıyev AFFA-da da çalışıb.

Allah rəhmət eləsin!

1news.az

Paylaş:
1012

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər