Bakıda yerləşən uşaq sanatoriyasında yanğın baş verib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda yerləşən uşaq sanatoriyasında yanğın baş verib

21:34 - 08 / 01 / 2016
Bakıda yerləşən uşaq sanatoriyasında yanğın baş verib

Bakı şəhəri, Pirallahı rayonunda Səhiyyə Nazirliyinə məxsus ümumi sahəsi 225 kv.m olan ikimərtəbəli 3 saylı “Somatik” uşaq sanatoriyasının 1-ci mərtəbəsində sahəsi 40 kv.m olan otaqda 1 ədəd çarpayı və 1 ədəd yataq dəsti yanmış, yüksək temperaturdan 1 ədəd “SAMSUNG” markalı kondisioner ərimişdir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata əsasən, yanğın zamanı 24 nəfər (16 nəfəri uşaq olmaqla) yanğınsöndürənlər tərəfindən təxliyyə olunmuşdur.

Otağın qalan hissəsi və sanatoriya binası yanğından mühafizə  olunmuşdur. Yanğın saat 16:40-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

1news.az   

Paylaş:
1084

Son xəbərlər

Bütün xəbərlər