Bakıda ərlə arvad evdə yanaraq ölüblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ərlə arvad evdə yanaraq ölüblər

10:40 - 08 / 01 / 2016
Bakıda ərlə arvad evdə yanaraq ölüblər

Bakıda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmənzilli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı mənzilin 1 otağında divan 2 kv.m sahədə və yerə döşənmiş xalça yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibi 1951-ci il təvəlüdlü Mikayıl Abbasov və onun həyat yoldaşı 1951-ci il təvəlüdlü Zoya Abbasovanın yanmış meyitləri aşkar olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1news.az

Paylaş:
917

Son xəbərlər

Bütün xəbərlər