Dövlət Neft Fondu Milanda dəyəri 100 milyon avroya yaxın daşınmaz əmlak əldə edib
Azərbaycan Dövlət Neft Fondu (ADNF) İtaliyada dəyəri təxminən 100 milyon avro olan daşınmaz əmlak əldə etmək üçün razılığa gəlib.
“Bu Milanın tarixi mərkəzində yerləşən “Palazzo Turati”nin binasıdır. Sövdələşmənin qiyməti 97 milyon avro təşkil edir”, - ADNF-nin məlumatında qeyd olunub.
Press-relizdə qeyd olunur ki, bu, ADNF-nin İtaliyada əldə edə biləcəyi ilk sərmayəsidir. Bu da Fondun sərmayə portfelinin şaxələndirilməsinə imkan verəcək.
Xatırladaq ki, ADNF 2012-ci ilin dekabrında ilk əməliyyatı olaraq Londonun mərkəzində dəyəri 177,35 funt-sterlinq olan ofislər kompleksini əldə etmişdi. Bundan sonra isə, Parisdə 135 milyon avroluq mülk almışdı.
Bunlarla yanaşı, ADNF “Tverskaya, 16” ASC-nin 100%-lik aksiyalarını və ticarət-işgüzar mərkəz olan “Aktyorlar Qalereyası”nın aktivlərini də əldə etmişdi ki, bu sövdələşmə də 133 milyon dollar dəyərində olub.
2015-ci ilin sentyabrında isə, ADNF “Mitsubishi UFJ Trust and Banking Corporation” şirkətilə birgə Yaponiyada “Kirarito Ginza” ticarət mərkəzinin sahibi olub. Bu sövdələşmə Fonda 52,3 yenə (təxminən 458 dollar) başa gəlib.
ADNF Azərbaycan Prezidentinin 29 dekabr 1999-cu ildə imzaladığı sərəncam əsasında yaradılıb.
Fondda neft-qaz müqavilələrindən əldə olunan gəlirlər toplanır ki, bunlara da əsasən dövlətin neft gəlirlərinin icrası, ölkə ərazisindən neft və qaz nəqli üçün tranzit tariflər, dövlət əmlakının icarəsi aiddir.
Fond ölkə Prezidentinə tabedir.
2014-cü ildə Fondun gəlirləri 12,731 milyard manat, xərcləri isə – 10 milyard 117,2milyon manat təşkil edib.
ADNF-nin 2015-ci il üçün gəlirləri 10 milyard 246 milyon 611,9 min manat, xərcləri isə - 11 milyard 813 milyon 909,2 minmanat hesablanıb.
1news.az