Tanınmış skripkaçı Almaniyada konsert proqramı ilə çıxış edəcək
Tanınmış skripkaçı Nəzrin Rəşidova Almaniyada “Zamanın sonu” (Das ende der zeit) adlı konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, o, yanvarın 13-də Almaniyanın Bayroyt şəhərində “Steingräber Haus”un kamera musiqisi zalında, 15-də Şvabax şəhər muzeyində, 16-da Bamberq şəhərində “Spiegelsaal der Harmonie” məkanında konsert verəcək. N.Rəşidova Daniel Qrimvud (fortepiano), Sarah Oliver (violonçel), Kristof Vindiş (klarnet) ilə birgə çıxış edəcək.
701