Qazaxıstan tengesi dollara nisbətdə tarixi minimumu yenilədi
Bazar ertəsi Qazaxıstan Fond Birjasında (KASE) milli valyuta olan tengenin dollara nisbətdə məzənnəsi tarixi minimumu yenilədi.
1news.az gazeta.ru-ya istinadən xəbər verir ki, bu haqda tengrinews.kz xəbər yayıb. Xəbərdə deyilir ki, bu gün məzənnə 355,52 tenge olub.
1 1 yanvar tarixində səhər əməliyyatları 1 dollar 354,6 tenge qiymətində keçirilib. Bu minimal məbləğ idi. Maksimal məbləğ isə 356,35 tenge olub. Hərracın ümumi həcmi 50.4 milyon dollar, iştirakçıların sayı isə 17 nəfər olub.
Xatırladaq ki, 8 yanvar tarixində Qazaxıstan tengesi tarixində ilk dəfə olaraq, psixoloji mühüm baryer olan həddi 1 dollar 350 tengeni keçib.
Xatırladaq ki, 20 yanvar 2015-ci il tarixindən tengenin sərbət üzən rejiminə əsaslanan yeni iqtisadi siyasətə keçdi.
1news.az