Xəzərin Türkmənistan sahillərində meyiti tapılmış neftçinin şəxsiyyəti müəyyən edilib - YENİLƏNMƏ
Xəbər verildiyi kimi, Xəzər dənizinin Türkmənistan sahillərindən 55 km uzaqlıqda Azərbaycana məxsus “Cabbar Həşimov” gəmisi kişi cəsədi aşkar edib.
1news.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal yaxınlıqda olan Türkmənistana məxsus “Caspian Rovşan” gəmisinə məlumat ötürülüb və cəsəd gəminin göyərtəsinə qaldırılaraq Türkmənbaşı dəniz limanı istiqamətində aparılıb.
Məlum olub ki, meyit “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə mexanik işləyən və baş vermiş qəza nəticəsində itkin düşən neftçi, 1958-ci il təvəllüdlü Qasımov Mübariz Dilqəm oğluna məxsusdur.
1news.az
15:33
Yanvarın 11-də Xəzər dənizinin Türkmənistan sektorunda daha bir cəsəd aşkar edilib.
1news.az-ın Dövlət Neft Şirkətinə istinadən verdiyi xəbərə görə, qarşı tərəf bu haqda Azərbaycan tərəfinə məlumat verib.
Hazırda gəmiyə qaldırılmış cəsəd sahilə aparılır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və “Azneft” İstehsalat Birliyinin əməkdaşları tərəfindən cəsədin tanınması və respublikamıza gətirilməsi üçün tədbirlər görülür.
“Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və “'Günəşli”' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir”- deyə, SOCAR-dan bildiriblər.
1news.az