Dövlət Bayraq meydanında elektromobillər üçün enerji doldurma məntəqəsi yaradılıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dövlət Bayraq meydanında elektromobillər üçün enerji doldurma məntəqəsi yaradılıb - FOTO

16:25 - 11 / 01 / 2016
Dövlət Bayraq meydanında elektromobillər üçün enerji doldurma məntəqəsi yaradılıb - FOTO

Bakı şəhəri Səbail rayonundakı Dövlət Bayraq Meydanında elektromobillər üçün enerji doldurma məntəqəsi yaradılıb.

Bu IDEA İctimai Birliyi, Azərişıq və Green Car ASC -nın birgə layihəsi çərçivəsində həyata keçirilib.

Green Car ASC-dən 1news.az-a verilən məlumata görə ,bununla da Bakıda   quraşdırılan elektrik doldurma məntəqələrinin sayı 3- ə çatdı. Daha əvvəl belə məntəqələr H.Əliyev Mərkəzi və Park Bulvar ticarət mərkəzinin ərazisində quraşdırılmışdı.  

Bütövlükdə, Bakıda və respublikanın bölgələrində 20  ədəd bu tip məntəqənin quraşdırılması nəzərdə tutulur. 

Xatırladaq ki, IDEA İctimai Birliyi 2011-ci ildə Heydər Əliyev Fondunun vetse-prezidenti Leyla Əliyeva tərəfindən təsis olunub.

Qeyd edək ki, Green Car elektromobil satışı və xidməti mərkəzi Azərbaycan Avtomobil Federasiyası və IDEA İctimai Birliyinin dəstəyi ilə ölkəmizdə müasir texnoloji nailiyyətlərin tətbiqi kimi genişmiqyaslı ekoloji-innovativ layihəyə start verib.

1news.az

Paylaş:
1283

Son xəbərlər

Bütün xəbərlər