İstirahət günlərində 4 nəfər dəm qazından boğularaq ölüb
Azərbaycanda istirahət günlərində 4 nəfər dəm qazından boğularaq ölüb.
1news.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.
Məlumata görə, yanvarın 9-da Qaradağ rayonunun Buta qəsəbəsində yaşayan Elnurə Məmmədrzayeva, Kürdəmir rayonunda yaşayan Vasif Mikayıllı evlərində dəm qazından zəhələnərək ölüb, Nəsimi rayonu ərazisində yaşayan Arzu Abdullayeva isə dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Yanvarın 10-da isə Hacıqabul rayonunda yaşayan Zümrüd Ağayeva evində dəm qazından zəhərlənərək ölüb.
1news.az
631