Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanır | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanır

17:17 - 11 / 01 / 2016
Azərbaycanda valyutadəyişmə məntəqələri bağlanır

Azərbaycan bankları şöbələrindən və filiallarından kənarda fəaliyyət göstərən valyutadəyişmə məntəqələrini bağlayırlar.

1news.az Trend-in məlumatına istinadla xəbər verir ki, belə göstəriş valyutadəyişmə məntəqələrinə bu gün elə bankların rəhbərlikləri tərəfindən daxil olub.

"Zaminbank" ASC-nin Müşahidə Şurasının sədri Nadir İsmayılov Trend-ə bildirib ki, bankın İdarə Heyəti bu gündən ölkə üzrə öz valyutadəyişmə məntəqələrini bağlamaq barədə qərar qəbul edib:

"Bu gün valyutadəyişmə məntəqələrimizi bağlamaq barədə qərar qəbul etdik, çünki onların fəaliyyəti rentabelli deyildi. Bizim ölkə üzrə - Bakı, Xırdalan və digər şəhər və bölgələrdə - xeyli sayda valyutadəyişmə məntəqəmiz olub. Lakin onların fəaliyyətinin davam etdirilməsini məqsədəuyğun hesab etmədik".

N.İsmayılov qeyd edib ki, bankın ümumilikdə ölkə üzrə 48 valyutadəyişmə məntəqəsi olub.

Müşahidə Şurasının sədri, həmçinin əlavə edib ki, bundan sonra valyuta mübadiləsi yalnız bankın ümumi sayı 58 olan (39 filial və 19 şöbə) filial və şöbələrində aparılacaq.

"AGBank" və "TuranBank"ın da valyutadəyişmə məntəqələri bağlanacaq.

"TuranBank"ın Bakı şəhəri, Rəsul Rza küçəsi, 8 ünvanında yerləşən iri valyutadəyişmə məntəqəsinin rəhbəri Trend-ə bildirib ki, bu gün "TuranBank"ın filialının rəhbərliyindən valyutadəyişmə məntəqəsinin bağlanması haqqında göstəriş daxil olub:

"Bu gün bankdan zəng edərək dedilər ki, ştampları qaytaraq, lövhəni çıxaraq və valyutadəyişmə məntəqəsini bağlayaq. Bu qərarın səbəbləri barədə mənə məlumat vermədilər".

1news.az

Paylaş:
862

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər