Türk Hava Yolları İstanbuldan Naxçıvan və Gəncə istiqamətində olan reyslərə xüsusi aksiya tətbiq edəcək | 1news.az | Xəbərlər
İqtisadiyyat

Türk Hava Yolları İstanbuldan Naxçıvan və Gəncə istiqamətində olan reyslərə xüsusi aksiya tətbiq edəcək

12:50 - 11 / 01 / 2016
Türk Hava Yolları İstanbuldan Naxçıvan və Gəncə istiqamətində olan reyslərə xüsusi aksiya tətbiq edəcək

“Turkish Airlines” ( “Türk Hava Yolları” ) şirkəti İstanbul- Naxçıvan- İstanbul, İstanbul-Gəncə -İstanbul reysləri ilə bağlı xüsusi aksiya elan edib.

“Turkish Airlines”-ın internet səhifəsində yerləşdirilən məlumatda deyilir ki, aksiya çərçivəsində hər iki istiqamətdəki biletlər 129 dollara satılacaq.

Biletin qiymətinə vergi və dövlət rüsumları da daxildir.

Bilet satışı 5 -24 yanvar 2016-cı il tarixlərində həyata keçirilir. Bu biletlərlə 15 yanvar 31 mart tarixlərində səfər etmək mümkündür.

Təyin olunmuş ölkədə minimum qalma müddəti 2 gün, maksimum isə 1 ay təşkil edir.

1news.az

Paylaş:
1267

Son xəbərlər

Bütün xəbərlər