Təhsil Nazirliyi Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında direktorlar üçün müsabiqə elan edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil Nazirliyi Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında direktorlar üçün müsabiqə elan edib

16:32 - 12 / 01 / 2016
Təhsil Nazirliyi Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında direktorlar üçün müsabiqə elan edib

Təhsil Nazirliyinin elan etdiyi yeni müsabiqəyə əsasən, ümumi təhsil müəssisələrinin direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusu olan pedaqoji kadrlar nazirlik tərəfindən təşkil olunan təlimlərdə iştirak edə bilər.

1news.az  APA-ya istinadən xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təlimlər Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarını əhatə edəcək.

Bildirilib ki, təlimlər çərçivəsində iştirakçılar üçün müxtəlif uğurlu təcrübəyə malik məktəblərə səfərlər, qısamüddətli praktika, Təhsil Nazirliyi əməkdaşlarının və təhsil ekspertlərinin iştirakı ilə məruzələr təşkil ediləcək.

Qeyd olunub ki, təlimlərdə iştirak edən şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər: “Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərən və direktor vəzifəsində çalışmayan şəxslər direktor vəzifəsi üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar. Hazırda məktəb direktoru vəzifəsində çalışan şəxslərin fəaliyyətlərində səmərəliliyin artırılması üçün müəyyən həvəsləndirmə tədbirləri görüləcək”.

Paylaş:
696

Son xəbərlər

Bütün xəbərlər