Bakının əsas küçələrindən birində təmir işlərinə başlanılıb –FOTO-VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının əsas küçələrindən birində təmir işlərinə başlanılıb –FOTO-VİDEO

17:03 - 12 / 01 / 2016
Bakının əsas küçələrindən birində təmir işlərinə başlanılıb –FOTO-VİDEO

Bakının Nizami rayonundakı Naxçıvanski küçəsində Qara Qarayev prospektindən Bəkir Çobanzadə küçəsinə doğru istiqamətdə təmir işlərinə başlanılıb.

Bu haqda 1news.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məlumat verib.

Məlumatda bildirilir ki, yolun 850 metrlik hissəsi texnoloji ardıcıllığa riayət olunmaqla yüksək keyfiyyətlə təmir edilib. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınıb. Bundan sonra əraziyə yeni asfalt-beton örtüyü döşənib. Ümumilikdə təqribən 8500 kvadratmetr sahənin asfaltlanması işləri aparılıb.

Ortalama eni 9 metr olan küçəyə 1560 paqon-metr yeni səki daşları düzülüb, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 34 ədəd yeni baxış qapağı qoyulub və zəruri olan yerlərdə yağış barmaqlıqları yenilənib.

Təmir-tikinti işlərininyaxın zamanlarda bitirilməsi planlaşdırılır. Aparılan işlərlə əlaqədar sürücülərdən görülən işlərə anlayışla yanaşmalarını xahiş olunur.

1news.az

Paylaş:
991

Son xəbərlər

Bütün xəbərlər