Neftin qiyməti 31 dollardan aşağı düşüb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neftin qiyməti 31 dollardan aşağı düşüb

12:50 - 12 / 01 / 2016
Neftin qiyməti 31 dollardan aşağı düşüb

Brent markalı neftin qiyməti 2004-cü ildə müəyyənləşən psixolji sərhəddi 1 barel-31 dollar həddini də aşdı.

1news.az RİA Novosti-yə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,31% azaldığından 1 barrel - 30,86 dollar olub.

Aparılan alqı-satqı əməliyyatları nəticəsində  Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə 1 barelə görə 2,94% azalıb və 1 barel  30,48 dollar təşkil edib.

Cərşənbə axşamı dünya bazarında neftin qiyməti Çin iqtisadiyyatının vəziyyəti ilə əlaqədar narahatlıq fonunda daha da enməkdədir.

1news.az

9:40

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,47% azalaraq 30,94 dollar təşkil edib.

1news.az gazeta.ru-ya istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,45%  azaldığından  31,10 dollar olub.

Paylaş:
929

Son xəbərlər

Bütün xəbərlər