“Sonalar Sonası” şadlıq evi və “Favorit” marketdə qanun pozuntuları aşkar edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Sonalar Sonası” şadlıq evi və “Favorit” marketdə qanun pozuntuları aşkar edilib

10:38 - 12 / 01 / 2016
“Sonalar Sonası” şadlıq evi və “Favorit” marketdə qanun pozuntuları aşkar edilib

Vergilər Nazirliyində bir qrup sahibkarla görüş keçirilib.

1news.az-ın məlumatına görə, görüşdə 2015-ci il dekabr ayının 19-da aksiz markaları ilə markalanmalı olan malların dövriyyəsinin tənzimlənməsi qaydalarına riayət olunması ilə bağlı qanunvericilik aktlarına edilmiş dəyişikliklərlə əlaqədar olaraq alkoqollu içkilərin istehsalı, idxalı, habelə topdan və iri ticarət şəbəkələrində satışını həyata keçirən vergi ödəyicilərinin nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, 2016-cı ilin 6-8 yanvar tarixlərində aksizli malların dövriyyəsinin tənzimlənməsi qaydalarına əməl edilməsi vəziyyətini yoxlamaq məqsədilə Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri də daxil olmaqla, bütün rayon və şəhərlərdə vergi nəzarəti tədbirləri keçirilib, ümumilikdə 145 vergi ödəyicisində, o cümlədən, “Ameqo” MMC topdan satış bazası, “Sonalar Sonası” şadlıq evi, “Favorit” marketdə bir sıra qanun pozuntuları aşkar edilib. 

Keçirilmiş tədbirlər zamanı 84 vergi ödəyicisi tərəfindən aksizli malların az miqdarda nağd qaydada satıldığı müəyyən edilərək, İnzibati Xətalar Məcəlləsinin 229.2-ci maddəsinə əsasən barələrində 8 400,0 manat bəbləğində inzibati cərimə tətbiq olunub.

47 vergi ödəyicisi üzrə mal qalığının yoxlanılması zamanı 234 752,8 manat dəyərində 57 542 ədəd alkoqollu içkilər və tütün məmulatlarının əldə edilməsini (alınmasını) və dəyərinin nağdsız qaydada ödənilməsini təsdiqləyən sənədlər təqdim olunmadığından, onlar götürülərək, məsul saxlamaya verilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib. 

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 68 a ünvanında yerləşən “NAİQİN-K TOVUZ BALTİYA” MMC-yə məxsus “Tovuz KonyaK” evində əməliyyat tədbiri keçirilərək, nəzarət qaydasına alınıb, külli miqdarda spirtli içkilərin nağd qaydada satışının həyata keçirildiyi müəyyən edildiyindən və toplanmış materialda Azərbaycan Respublikası CM-nin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olduğundan məsələ ilə bağlı 06.01.2016-cı il tarixdə cinayət işi başlayıb.

1news.az

Paylaş:
1116

Son xəbərlər

“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05
Bütün xəbərlər