Gürcüstan Azərbaycan neftinin çatdırılmasında dövri fasilələrin olduğunu bildirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Gürcüstan Azərbaycan neftinin çatdırılmasında dövri fasilələrin olduğunu bildirib

12:27 - 12 / 01 / 2016
Gürcüstan Azərbaycan neftinin çatdırılmasında dövri fasilələrin olduğunu bildirib

Bəzi hallarda SOCAR- Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstana fasiləsiz neft nəqlini təmin edə bilmir.

1news.az –ın xəbərinə görə, “Грузия Online”-da bildirilir ki, bu haqda Gürcüstan Neft və Qaz Korporasiyasının baş direktoru  David Tvalabeişvili məlumat verib.

 “Nəql olunan qazın 50 faizi SOCAR-a, 20 faizi Rusiya şirkətlərinə aiddir. Qeyd edək ki, son dövrdə Gürcüstanda qaz istehlakı artıb. Bəzən SOCAR-ın qazkəməri ilə verilən qazın çatdırılmasında fasilələr olur. Buna görə də balansı rusiya qazına müraciət etməklə saxlayırıq”,- deyə, Tvalabeişvili bildirib.

Qeyd edək ki, bu məsələni aydınlaşdırmaq üçün SOCAR-la əlaqə saxlamaq hələ ki, mümkün olmayıb.

1news.az

Paylaş:
835

Son xəbərlər

Bütün xəbərlər