SOCAR-ın Kompleks Tədqiqatlar Laboratoriyası qarşılaşdırma testlərində iştirak edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

SOCAR-ın Kompleks Tədqiqatlar Laboratoriyası qarşılaşdırma testlərində iştirak edir

12:45 - 12 / 01 / 2016
SOCAR-ın Kompleks Tədqiqatlar Laboratoriyası qarşılaşdırma testlərində iştirak edir

Dövlət Neft Şirkətinin (SOCAR) Ekologiya İdarəsinin Kompleks Tədqiqatlar Laboratoriyası (KTL) ildən-ilə akreditasiya sahəsini genişləndirərək İSO 17025 Beynəlxalq Standartın bütün tələblərinə uyğun fəaliyyət göstərir.

1news.az-ın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Türk Akreditasyon Kurumunun ( TURKAK ) tələbi ilə KTL bir sıra dünya miqyaslı şirkətlərin (FAPAS, WEPAL, STYLAB və.s.) təşkil etdiyi laboratoriyalararası qarşılaşdırma testlərində iştirak edir.

2015-ci ildə KTL İngiltərənin FAPAS şirkəti tərəfindən təşkil edilmiş mikrobioloji və suyun fiziki-kimyəvi analizləri üzrə Laboratoriyalararası qarşılaşdırma testlərində iştirak edib və yüksək nəticələr qazanıb.

20-dən artıq beynəlxalq laboratoriyanın iştirak etdiyi sınaq analizlərinin nəticələrinə görə KTL ilk sıralarda qərarlaşıb. Əldə olunan nəticələr TURKAK-a təqdim edilib və yüksək qiymətləndirilib.

1news.az

Paylaş:
1220

Son xəbərlər

Bütün xəbərlər