Unibank bazarda fəaliyyətini genişləndirəcək
Nizamnamə kapitalı 100%-lik Unibank-a məxsus olan “Unicapital İnvestisiya Şirkəti”, qiymətli kağızlar bazarında lider mövqeyini daha da artıracaq.
1news.az bankın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Unicapital İnvestisiya Şirkəti” ASC tam investisiya şirkəti fəaliyyətini həyata keçirmək üçün yanvarın 8-də İqtisadiyyat və Sənaye Nazirliyindən lisenziya alıb.
Qiymətli kağızlar bazarının uzun illərdir ki, iştirakçısı olan “Unicapital İnvestisiya Şirkəti”, hüquqi və fiziki şəxsləri də əhatə etməklə böyük müştəri bazasına malikdir.
Uzun illərə dayanan uğurlu bazar təcrübəsi sayəsində “Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün uğurlu tərəfdaşdır.
“Unicapital İnvestisiya Şirkəti” şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərəcək. Şirkət qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətlərinin verilməsi, qiymətli kağızların öhdəlik götürmədən və öhdəlik götürməklə yerləşdirilməsi və anderraytinqi, marja ticarəti kimi əsas investisiya xidmətləri göstərəcək.
İnvestorlar “Unicapital İnvestisiya Şirkəti”nin qiymətli kağızlar və ya törəmə maliyyə alətləri ilə həyata keçirdikləri əqdlərin bağlanması zamanı kredit və ya digər formada borc verilməsi, qiymətli kağızlar bazarında investisiya tədqiqatı və maliyyə təhlilinin aparılması kimi yardımçı investisiya xidmətlərindən də istifadə edə biləcəklər.
Hazırda “Unicapital İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 300.000 manat təşkil edir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) əldə etmək olar.
Unibank hər kəsin bankı!
1news.az