Keçən il axtarışda olan 86 şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Keçən il axtarışda olan 86 şəxs saxlanılıb

13:19 - 13 / 01 / 2016
Keçən il axtarışda olan 86 şəxs saxlanılıb

Bakı şəhər Baş Polis İdarəsi ilə birgə razılaşdırılmış vahid dislokasiya planına uyğun həyata keçirilən tədbirlər çərçivəsində 27564 şəxs saxlanılıb.

1news.az-ın məlumatına görə, bunu Əlahiddə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev 2015-ci il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsində çıxışı zamanı deyib. Z.Abdullayev bildirib ki, o cümlədən müxtəlif cinayətlər törətmiş 835, inzibati xətalara yol vermiş 26729 nəfər saxlanılaraq barələrində qanunauyğun tədbirlərin görülməsi təmin edilib.

Həmin şəxslərdən 86-sı axtarışda olanlar, 243-ü  xuliqanlıq, 81-i dələduzluq, 103-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı, 245-i oğurluq, 26-ı soyğunçuluq və s. cinayətləri törətdiklərinə görə saxlanılanlardır.  

Eyni zamanda, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş 5.803, o cümlədən 2399 piyada, məişət  səs-küyünə yol vermiş 2173, qanunla müəyyən edilməmiş yerlərdə küçə ticarəti ilə məşğul olan 3115, digər inzibati xətalara görə 13239 nəfər müəyyən edilərək rayon polis idarələrinin aidiyyatı polis bölmələrinə təhvil verilib.

1news.az

Paylaş:
663

Son xəbərlər

Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19Qubada iki avtomobil toqquşub22 / 11 / 2024, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olub22 / 11 / 2024, 14:02
Bütün xəbərlər