Keçən ay bahalaşan kənd təsərrüfatı məhsullarının siyahısı açıqlanıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Keçən ay bahalaşan kənd təsərrüfatı məhsullarının siyahısı açıqlanıb

14:08 - 13 / 01 / 2016
Keçən ay bahalaşan kənd təsərrüfatı məhsullarının siyahısı açıqlanıb

2015-ci ilin dekabr ayında bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,6 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,2 faiz bahalaşıb.

1news.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ümumilikdə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,4 faiz bahalaşıb.

Ay ərzində bitkiçilik məhsullarından xurmanın və kələmin istehsalçı qiymətləri ucuzlaşmış, narın, heyvanın, xiyarın, şabalıdın, qozun, fındığın, armudun, almanın, pomidorun, sarımsağın, soğanın, quru otun isə istehsalçı qiymətləri bahalaşıb. Digər bitkiçilik məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Heyvandarlıq məhsullarından südün və yumurtanın istehsalçı qiymətləri bahalaşmış, ev quşlarının, mal və qoyun ətinin isə istehsalçı qiymətləri ucuzlaşmış, digərlərinin isə qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

1news.az

 

Paylaş:
1124

Son xəbərlər

Bütün xəbərlər