Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 3-5 dərəcə aşağı düşəcək
![Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 3-5 dərəcə aşağı düşəcək](/images/articles/2016/01/13/thumb_20160113031122801.jpg?2021-02-17+09%3A23%3A32)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı məlumat yayıb.
Nazirliyin Milli Hidrometeorologiya Departamentindən 1news.az-a verilən məlumata görə, yanvarın 15-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.
1news.az
706