Dövlət Taxıl Fondunun rəhbəri: Çörəyin qiymətində kəskin artım gözlənilmir | 1news.az | Xəbərlər
İqtisadiyyat

Dövlət Taxıl Fondunun rəhbəri: Çörəyin qiymətində kəskin artım gözlənilmir

17:41 - 13 / 01 / 2016
Dövlət Taxıl Fondunun rəhbəri: Çörəyin qiymətində kəskin artım gözlənilmir

Hazırda Dövlət Taxıl Fondunda 750 min ton dövlət ərzaqlıq buğda ehtiyatı var.

1news.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üzrə İdarənin rəisi Zülfüqar Məmmədov deyib. Onun sözərinə görə, bu günə kimi malgöndərənlər 360 min tona yaxın yüksək keyfiyyətli ərzaqlıq buğdanı ünvanımıza yola salıb və buğda yerli elevatorlarda yerləşdirilib:

“Fonda ancaq Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə qəbul edilmiş  keyfiyyət göstəricilərinə uyğun yüksək keyfiyyətli ərzaqlıq buğda tədarük edilir.

Buğda yüklü vaqonlar elevatorlara daxil olan kimi, nümunələr götürülür, elevatorların laboratoriyalarında analizlər aparılır. Aparılmış analizlərin nəticələrinə əsasən buğdanın saxlanca qəbul edilib-edilməməsi barədə qərar çıxarılır. Müqavilədə göstərilən və təsdiq edilmiş keyfiyyət göstəricilərinə uyğun gəlməyən mal müəyyən edildiyi halda malgöndərən tərəf məlumatlandırılmaqla həmin maldan imtina edilir”.

Z.Məmmədov çörəyin qiymətinin artması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“İdxal yolu ilə tədarük edilmiş buğdanın qiymətində manatın məzənnəsi nəzərə alınmaqla artımın olması istisna edilmir. Lakin, aparılmış hesablamalar göstərir ki, mövcud məzənnə ilə bir kisə əla növ 50 kiloqramlıq unun 26 manata satıldığı halda çörəyin qiymətində kəskin artım gözlənilmir. Fondun bazara müdaxiləsinin nəticəsidir ki, manatın məzənnəsi təxminən 50% devalvasiyaya uğramasına baxmayaraq çörəyin qiyməti bu qədər bahalaşmayıb”.

1news.az

Paylaş:
1028

Son xəbərlər

Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başlayıbBu gün, 11:14Goranboyda 11 baş xırdabuynuzlu heyvanı oğurlayan şəxs saxlanılıbBu gün, 11:08“Bilim Bakı” mərkəzinin şagirdlərinin növbəti beynəlxalq uğuruBu gün, 10:48“Şəki Şərab” şərab zavodunun muzeyi “Korporativ Muzey” Milli Mükafatının qalibi olub - FOTOBu gün, 10:38Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27
Bütün xəbərlər