Tarif Şurası ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə məlumatlara münasibət bildirib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Tarif Şurası ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə məlumatlara münasibət bildirib

18:43 - 13 / 01 / 2016
Tarif Şurası ictimai nəqliyyatda gediş haqlarının artırılacağı barədə məlumatlara münasibət bildirib

Tarif Şurası "Bakı Metropoliteni" QSC də daxil olmaqla, ictimai nəqliyyatda gediş haqlarının artırılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

İqtisadiyyat və Sənaye Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev APA-ya açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

"Tarif Şurasına metro və ictimai nəqliyyatda gediş haqlarının artırılması ilə bağlı müraciət daxil olmayıb. Hazırda gediş haqqının dəyişdirilməsi məsələsi Tarif Şurasında müzakirə olunmur”.

APA

Paylaş:
1100

Son xəbərlər

Bütün xəbərlər