Azərbaycanın üç rayonunda təbii qazın verilişində məhdudiyyətlər olacaq
Yanvarın 13-ü saat 10:00-dan etibarən Azərbaycanın Göygöl,İmişli və Saatlı rayonlarında təbii qazın verilişində məhdudiyyətlər olacaq.
“Bu, əsas magistral qaz kəmərlərində aparılan təmir işləri ilə əlaqədardır”, - “Azəriqaz” İB-nin məlumatında bildirilir.
Əsasən də təbii qazın verilişində fasilələr Göygöl rayonunun Balçılı və Qırıxlı kəndlərində müşahidə olunacaq.
Bundan əlavə, respublikanınİmişli və Saatlı rayonları ərazisində də mavi yanacağın verilişində məhdudiyyətlər olacaq.
Təbii qazın verilməsinin tam bərpası saat 18:00 olacaq.
1news.az
646