Əhməd Davudoğlu: "İstanbulda törədilən terror aktı ilə bağlı daha 4 şəxs saxlanılıb"
İstanbulun Sultan Əhməd meydanında tramvay dayanacağı qarşısında törədilən terror aktı ilə bağlı daha 4 şəxs şübhəli qismində saxlanılıb.
1news.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terror aktı ilə bağlı saxlanılan şəxslərin sayı 5-ə çatıb. Bunu Baş naziri Əhməd Davudoğlu açıqlayıb.
Davutoğlu qeyd edib ki, hazırda İstanbulun müxtəlif xəstəxanalarında 6 yaralı var. Onların əksəriyyəti xarici vətəndaşlardır.
Baş nazir onu bildirib ki, İstanbulda təhlükəsizliyin təmin edilməsi istiqamətində bundan sonra da ciddi addımlar atılacaq: "Terrorizm qlobal problemdir. Bu vəbaya qarşı hamımız birgə mübarizə aparmalıyıq".
Xatırladaq ki, dünən İstanbulun mərkəzindəki Sultan Əhməd meydanında törədilən partlayış nəticəsində 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Suriyadan olan terrorçu özünü almaniyalı turist qrupunun yaxınlığında partladıb.
1news.az