İdris İsayev: “Əmək haqqı, təqaüd və sosial müavinətlərin artırılması 3.7 milyon nəfəri əhatə edəcək” - VİDEO
“Əmək haqqı, təqaüd və sosial müavinətlərin artırılması 3.7 milyon nəfərə qədər şəxsi əhatə edəcək. Bu isə respublika əhalisinin 30 faizidir”.
Bu haqda ANS telekanalına müsahibəsi zamanı Azərbaycanda Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.
Onun sözlərinə görə, respublikada büdcədən maliyyələşən təşkilatlarda 620 mindən artıq işçi çalışır.
“Azərbaycanda 1 milyon 300 min təqaüdcü var. 500 min nəfər ünvanlı sosial yardım alır. Bunlara məcburi köçkünlər də əlavə olunarsa, 3.7 milyon nəfər müəyyənləşdirilib, - deyə, İ.İsayev söyləyib.
Nazir müavini, həmçinin, qeyd edib ki, idxal mallarının qiymətinin qalxması istehlak zənbili qiymətinin yüksəldilməsi məsələsini gündəmə gətirir.
İ.İsayev onu da söyləyib ki, Azərbaycanda istehsal olunan məhsulların qiyməti süni şəkildə qaldırılmamalıdır.
1news.az