Özünü qatarın altına atan şəxsin kimliyi məlum oldu - FOTO - YENİLƏNİB
Bakı metrosunda özünü qatarın altına atan kişinin şəxsiyyəti müəyyənləşib.
1news.az-ın məlumatına görə, Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, araşdırmalar zamanı özünü qatarın altına atan şəxsin Qazax rayon sakini, 1982-ci il təvəllüdlü Qoşqar Etibar oğlu Aşurov olması müəyyən edilib.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.
1news.az
11:59
Bakı metrosunda intihar hadisəsi baş verib.
1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, hadisə “Əhmədli” stansiyasında qeydə alınıb.
Belə ki, şəxsiyyəti məlum olmayan orta yaşlı kişi, özünü hərəkətdə olan qatarın altına atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Stansiya işçiləri xüsusi texnikadan istifadə edərək onu vaqonun altından çıxarıblar.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəliblər.
1news.az