ABŞ Dövlət Katibi: İŞİD-in İslamla heç bir əlaqəsi yoxdur
ABŞ Dövlət Katibi Con Kerri Yaxın Şərqin terror təşkilatı olan İŞİD-i “İslam Dövləti adlandırmağa etiraz edib.
1news.az RİA Novostiyə istinadən xəbər verir ki, Kerri Vaşinqtondakı çıxışında bildirib: “ Bu mədəniyyətlərin qarşıdurması deyil. İŞİD-də mədəniyyətə aid heç nə yoxdur. Bu tarixdə geriyə atılmış addımdır. İllərlə deyil, əsrlərlə geriyə atılmış addım. Bu geridə qalmış insanlarla toqquşmadır. Onlar böyük bir dini ələ keçirməyə çalışmaqla öz davranışlarını yanlış tərzdə şərh edirlər”.
Bəziləri İŞİD-i islam dövləti adlandırır. Lakin onlarda nə islamdan, nə də dövlətdən əsər -əlamət yoxdur. İŞİD hərfi mənada zülm və qəddarlığın ifadəsidir. Xəstə təfəkkürə sahib olan bu qruplaşma üzvləri insanları öldürür və zorlayırlar. Onlar işgəncə oğurluq edir bunu isə Allahın təqdiri adlandırırlar. Əsasən bu qruplaşmaya qoşulanlar macəra axtaranlar və cinayətkarlardır”- deyə, Kerri söylədi.
Xüsusi qəddarlıqla törədilən cinayətlərə Dövlət Katibi bir terrorçunun anasını öldürməsini aid edir.
“İŞİD uğursuzluğa uğrayacaq”- Kerrinin fikrincə, qruplaşma əleyhinə yeni addımlar gözlənmək olar.
1news.az