Ova gedən Sabirabad sakini özünü güllələdi
Sabirabad rayonunda bir nəfərin yaralanması ilə nəticələnən bədbəxt hadisə baş verib.
1news.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə rayonun Şıxsalahlı kəndinin meşə zolağında qeydə alınıb.
Belə ki, kənd sakini Nemət Məmmədli ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəşdən ayaq nahiyəsindən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.
Sabirabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “İJ-K” markalı tüfəng götürülüb.
1news.az
682