Bakı kəndlərindən şəhər mərkəzinə avtobus marşrutlarının açılması məsələsinə aydınlıq gətirildi
“Bakı kənd sakinlərinin narazılığı anlışılandır. Onlar evdən işə və əks istiqamətdə getmək üçün bir neçə nəqliyyat vasitəsi dəyişir, beləliklə də yol xərcləri daha çox olur”.
1news.az xəbər verir ki, bu haqda Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin Mətbuat xidmətinin rəhbəri Şəfa Nehmanqızı Bakı şəhərində nəqliyyat sisteminin inkişafına həsr olunmuş tədbirdəbildirib.
Onun sözlərinə görə, buna baxmayaraq Bakı kəndlərindən ( Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Pirallahı, Zirə və s.) şəhər mərkəzinə avtobus marşrutlarının açılması yaxın zamanlarda planlaşdırılmır.
“Məsələ ondadır ki, belə qərarlar insanların istəyinə görə deyil, sərnişin sıxlığının ciddi təhlili nəticəsində qəbul olunur. İri tutumlu avtobusların şəhər mərkəzində hərəkəti tıxaclara səbəb olduğundan, belə qərara alındı ki, Bakı kəndlərindən gələn avtobuslar yalnız metro stansiyalarına qədər gələcək. Şəhər mərkəzinə gəlmək üçün vətəndaşlar digər avtobuslara və ya metroya minməlidi”,- deyə Ş,Mehmanqızı qeyd edib.
1news.az