Türkiyənin Diyarbəkr vilayətində eyni vaxtda 3 partlayış törədilib, ölənlər və yaralananlar var - FOTO - VIDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin Diyarbəkr vilayətində eyni vaxtda 3 partlayış törədilib, ölənlər və yaralananlar var - FOTO - VIDEO - YENİLƏNİB

09:59 - 14 / 01 / 2016
Türkiyənin Diyarbəkr vilayətində eyni vaxtda 3 partlayış törədilib, ölənlər və yaralananlar var - FOTO - VIDEO - YENİLƏNİB

PKK terrorçuları Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda terror aktı törədiblər.

1news.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, terrorçular eyni anda üç müxtəlif yerə -  polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum ediblər. 

Terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. 

Bakı vaxtı ilə saat 01:45-də baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 6-sı polis olmaqla 39 nəfər yaralanıb. NTV telekanalının verdiyi xəbərə görə, ölənlərin əksəriyyəti mülki şəxslərdir.

Türkiyə polisi terrorçuların yaxalanması üçün əməliyyat keçirir.

1news.az

9:31

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda baş verən terror aktı nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, terrorçular polis bölməsinin yaxınlığında minalanmış avtomobili partladıb, daha sonra binanı qumbaraatanlardan atəşə tutublar. 

Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə -  polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

1news.az

Paylaş:
1073

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər