“PAŞA Sığorta” yeni layihələrə başlayıb - FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

“PAŞA Sığorta” yeni layihələrə başlayıb - FOTO

10:35 - 14 / 01 / 2016
“PAŞA Sığorta” yeni layihələrə başlayıb - FOTO

“PAŞA Sığorta” şirkəti sığortanın maarifləndirilməsi məqsədilə 2 yeni layihəyə başlayıb.

İlk layihə “Sığortaçı Akademiyası” çərçivəsində Facebook izləyiciləri üçün inşa müsabiqəsinin keçirilməsi ilə bağlıdır. Belə ki, dekabr ayında ASAN könüllüləri üçün keçirilən “Sığortaçı Akademiyası” təlimlərinə Facebook izləyicilərinin böyük marağı yarandığı üçün, “PAŞA Sığorta” şirkəti “Sığortanın həyatımızda rolu” mövzusunda ən yaxşı inşa yazacaq 20 iştirakçıya “Sığortaçı Akademiyası” təlimində iştirak imkanını təqdim edir.

İştirak üçün 18-30 yaş arasında olan hər kəs 25 yanvar tarixinə kimi inşalarını [email protected] elektron ünvanına mövzu yerində “Sığortanın həyatımızda rolu” qeyd edərək inşalarını göndərməlidilər. İnşalar “PAŞA Sığorta” şirkətinin ekspertləri tərəfindən yoxlanılacaq və nəticələr  fevral ayının ortalarında elan olunacaq. Təlimlərin fevral və mart aylarında keçirilməsi planlanır. Əsas mövzular Risklərin İdarə olunması, Sığorta işinin əsasları, Sığorta iddialarının tənzimlənməsi, Marketinq, İnsan Resursları və Mühasibatı əhatə edən təlimlər “PAŞA Sığorta” şirkətinin əməkdaşları tərəfindən keçiriləcək.  Təlimin sonunda hər kəsə Sertifikatlar təqdim olunacaq və təlim ərzində fərqlənən bir neçə iştirakçını xüsusi hədiyyələr gözləyir. Sığorta biliklərini artırmaq istəyən hər kəs bu müsabiqəyə qoşula bilər.

Layihənin əsas məqsədi gənclər arasında sığorta maarifləndirilməsinin artırılmasından ibarətdir və sosial xarakter daşıyır.

Digər bir layihə isə “Sığorta Məsləhətçiniz” adlanır.  Bu layihə çərçivəsində 14 yanvardan başlayaraq “PAŞA Sığorta” şirkətinin ekspertləri hər həftə Facebook izləyicilərinin suallarına onlayn şəkildə cavab verəcək. Şirkətdən alınan məlumata əsasən, layihədə hər həftə fərqli departamentlərin rəhbərləri, aparıcı mütəxəssisləri iştirak edəcək. “Sığorta Məsləhətçiniz” layihəsinin də əsas məqsədi sığorta maarifləndirməsini artırmaq və insanların sığorta barədə olan suallarına daha rahat cavab tapmaları üçün şərait yaratmaqdır.

İlkin olaraq 14 yanvar tarixində “PAŞA Sığorta” şirkətinin Anderraytinq və Təkrarsığorta departamentinin rəhbəri Fərid Hidayətov "Sığorta növləri və risklərin qiymətləndirməsi barədə bilmədikləriniz" mövzusunda Facebook izləyicilərinin suallarını cavablandıracaq.

Qeyd edək ki, “PAŞA Sığorta” şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” korporativ və fərdi müştərilərə 35 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Nizamnamə kapitalı 50 mln. manat olmaqla, “PAŞA Sığorta” kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycanın sığorta və təkrar sığorta bazarında lider mövqeyini gücləndirir.

Paylaş:
2788

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər