SAT imtahanında yeni qiymətləndirmə sktrukturu və bal şkalası tətbiq olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

SAT imtahanında yeni qiymətləndirmə sktrukturu və bal şkalası tətbiq olunacaq

13:01 - 14 / 01 / 2016
SAT imtahanında yeni qiymətləndirmə sktrukturu və bal şkalası tətbiq olunacaq

Bu ilin mart ayından sonra SAT imtahanın yeni qiymətləndirmə sktrukturu bal şkalası tbiq olunmağa başlayacaq.

1news.az “Report”a istinadən xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) məlumat verilib.

Məlumata görə, mart ayından əvvəlki imtahanlarda maksimum bal 2 400 olduğu halda, yeni tətbiq olunacaq qiymətləndirmə mexanizminə görə maksimum bal 1 600 olacaq.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkala üzrə müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

Paylaş:
2237

Son xəbərlər

Bütün xəbərlər