Poroşenko: “2016-cı ildə Donbasda Ukraynanın suverenliyi təmin olunmalıdır”
2016-cı ildə ilk növbədə Donbas Ukraynanın tərkibinə qaytarılmalıdır. Bu il həm Donbasda, həm də Luqanskda Ukraynanın suverenliyi bərpa olunmalıdır.
1news.az-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bunu keçirdiyi mətbuat konfransında Ukrayna prezidenti Pyotr Poroşenko deyib.
“Rusiya tərəfi ilə bu mövzuda müzakirələr aparılıb. Girovları geri qaytarmaq, Donbasda sakitliyi bərqərar etmək üçün əlimizdən gələni edəcəyik”- deyə, Poro.enko qeyd edib.
1news.az
610