Prezident Azərbaycanla Çin arasında nəqliyyat sahəsində Anlaşma Memorandumunu təsdiq edib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Azərbaycanla Çin arasında nəqliyyat sahəsində Anlaşma Memorandumunu təsdiq edib

01:48 - 15 / 01 / 2016
Prezident Azərbaycanla Çin arasında nəqliyyat sahəsində Anlaşma Memorandumunu təsdiq edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, fərmanda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində 2015-ci il dekabrın 10-da Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətinə bildiriş göndərsin”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 yanvar 2016-cı il.

1news.az

 

Paylaş:
878

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər