Azərbaycanda rumın şair və bəstəkarının şərəfinə xatirə tədbirləri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda rumın şair və bəstəkarının şərəfinə xatirə tədbirləri keçirilib

22:56 - 15 / 01 / 2016
Azərbaycanda rumın şair və bəstəkarının şərəfinə xatirə tədbirləri keçirilib

Yanvarın 15-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Rumıniya milli mədəniyyət günü çərçivəsində “Rumın poeziya günü” keçirilib.

Azərbaycan Milli Kitabxanasında toplaşan poeziya həvəskarları və rəsmi şəxslər 19-cu əsrin görkəmli rumın şairi Mixay Emineskunun anadan olmasının 166-cı ildönümünü qeyd ediblər.

Tədbirdə ilk olaraq Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək yanvarın 15-nin Rumıniya mədəniyyət günü kimi qeyd olduğunu vurğulayıb.

Bildirib ki, Rumıniyanın müxtəlif ölkələrdəki səfirlikləri bu münasibətlə tədbirlər təşkil edirlər. Bugünkü tədbir də məhz o silsilədəndir. Direktor Azərbaycan və rumın ədəbiyyat nümunələrinin qarşılıqlı tərcümə olunduğunu söyləyib.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu Rumıniya mədəniyyət gününün rumın ədəbiyyatının ən görkəmli nümayəndəsi Mixay Emineskunun adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bu əlamətdar günün Bakıda qeyd edilməsindən qürur duyduğunu söyləyən səfir tədbirin təşkilinə dəstək göstərənlərə minnətdarlıq edib.

Daha sonra Milli Kitabxananın bölmə müdiri Fəridə Hacıyeva rumın şairi Mixay Emineskunun yaradıcılığından tərcümə etdiyi şeir nümunələrini səsləndirib.

Tədbir iştirakçıları rumın mədəniyyəti, ədəbiyyatı və tarixindən bəhs edən kitab sərgisi ilə tanış olub, həmçinin rumın mətbəx nümunələrindən dadıblar.

Qeyd edək ki, tədbirdən sonra Rumıniya səfirliyinin əməkdaşlarının, eləcə də Rumıniyanın Azərbaycandakı diasporunun nümayəndələrinin Mixay Emineskunun Bakıdakı abidəsini ziyarət etməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
855

Son xəbərlər

AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldı22 / 11 / 2024, 15:11Goranboyda qadın bıçaqlanıb22 / 11 / 2024, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTO22 / 11 / 2024, 14:19
Bütün xəbərlər