"Azeri LT CIF" neftinin qiymətində də cüzi ucuzlaşma oldu | 1news.az | Xəbərlər
İqtisadiyyat

"Azeri LT CIF" neftinin qiymətində də cüzi ucuzlaşma oldu

11:19 - 15 / 01 / 2016
"Azeri LT CIF" neftinin qiymətində də cüzi ucuzlaşma oldu

Hazırda Azeri LT CIF markalı neftin bir barelinin qiyməti 31,54 dollara bərabərdir

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,01 dollar, yaxud 0,03% ucuzlaşıb.

1news.az “Reporta”a istinadən xəbər verir ki, hazırda "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 31,54 dollara bərabərdir.

Xatırladaq ki, "Azeri LT CIF" kotirovkasının minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Paylaş:
882

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər