Kamran Əliyev: Ötən il Azərbaycanda 16 vəzifəli şəxs rüşvət alarkən saxlanılıb
2015-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları 16 vəzifəli şəxsi rüşvət alarkən cinayət başında saxlayıblar.
1news.az-ın məlumatına görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“İdarənin operativ qurumları tərəfindən 31 nəfərə qarşı 27 cinayət işi açılıb. Bunlardan 15 nəfərə qarşı 13 cinayət işi araşdırmlardan sonra açılıb”, - K.Əliyev qeyd edib.
Onun sözlərinə görə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olan 190 müraciətə cinayət ünsürlü materiallar kimi baxılıb.
1news.az
786