Eldar Sabiroğlunun oğluna qarşı cinayət işi açılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Sabiroğlunun oğluna qarşı cinayət işi açılıb

11:57 - 15 / 01 / 2016
Eldar Sabiroğlunun oğluna qarşı cinayət işi açılıb

Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərova qarşı cinayət işi açılıb. 

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün 2015-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Səfərova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311-ci (“Rüşvət alma”) maddəsi üzrə cinayət işi açılıb.

Qeyd edək ki, R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğludur.

1news.az

Paylaş:
617

Son xəbərlər

Bütün xəbərlər