Sabah Azərbaycanın bəzi yerlərində hava yağmurlu olacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah Azərbaycanın bəzi yerlərində hava yağmurlu olacaq

13:27 - 16 / 01 / 2016
Sabah Azərbaycanın bəzi yerlərində hava yağmurlu olacaq

Yanvarın 17-də Bakı və Abşeron yarımadasında havaşəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 8-13 dərəcə, Bakıda gecə 3-5 dərəcə, gündüz 10-12 dərəcə isti olacaq.

Yanvarın 17-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında isə yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

1news.az

Paylaş:
808

Son xəbərlər

Bütün xəbərlər