Azərbaycanda yerli məhsullara qiymət məhdudiyyəti tətbiq etmək təklif olunur | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda yerli məhsullara qiymət məhdudiyyəti tətbiq etmək təklif olunur

16:40 - 16 / 01 / 2016
Azərbaycanda yerli məhsullara qiymət məhdudiyyəti tətbiq etmək təklif olunur

Azərbaycanda yerli məhsullarda yuxarı qiymət həddi müəyyən etmək lazımdır. Bunu Milli Məclisin Komitə sədri Fuad Muradov deyib.

Onun sözlərinə görə, dünya təcrübəsində ən vacib məhsulların qiymətinin yuxarı həddini müəyyən etmək normal qarşılanır:

"Misal üçün dövlət məhsullar üzrə 10 faizə qədər marja müəyyən edə bilər və əgər sahibkar məhsulun qiymətini bu həddən yuxarı müəyyən edərsə, bu halda qanunvericilikdə nəzərdə tutulumuş qaydada tədbirlər görülə bilər".

İdxal olunan məhsullara gəlincə isə, deputat hesab edir ki, bu məhsulların qiymətinə nəzarət edəcək monitorinq qrupunun uaradılmasına ehtiyac var: "Regionlarda icra hakimiyyəti başçılarının rəhbərliyi ilə monitorinq qruplarının yaradılması lazımdır. Bu yolla hazırda məhsulların qiymətlərinə nəzarət etmək olar".

F.Muradov həmçinin sahibkarlığın stimullaşdırılmasının vacibliyini vurğulayıb: "Bir sıra istiqamətlər var ki, dövlət burada həm sahibkarlara, həm də distribyutor fəaliyyəti ilə məşğul olan şirkətlərə dəstək göstərə bilər".

Paylaş:
614

Son xəbərlər

“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar - FOTOBu gün, 11:06İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21
Bütün xəbərlər