AmCham Azərbaycanda biznes-iqlimin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayır | 1news.az | Xəbərlər
İqtisadiyyat

AmCham Azərbaycanda biznes-iqlimin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayır

13:44 - 18 / 01 / 2016
AmCham Azərbaycanda biznes-iqlimin yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayır

Azərbaycandakı Amerika ticarət palatası  (AmCham) ölkədə biznes-iqlimin yaxşılaşdırılması ilə əlaqədar təkliflər paketi hazırlayır.

1news.az  xəbər verir ki, bu hadqa AmCham-ın icraçı direktoru Natavan Məmmədova Bakıda keçirilən “Vergi sistemində inkişaf” V İllik vergi konfransı çərçivəsində  jurnalistlərə bildirib.  

Onun sözlərinə görə, sənədin hazırlanması prosesi mart ayında tamamlanacaq.

N.Məmmədova qeyd edib ki, 2 ildən bir AmCham biznes-iqlimin yaxşılaşdırılması ilə əlaqədar  sənəd hazırlayaraq Azərbaycan hökumətinə təqdim edir.

“ Təkliflər paketi yalnız vergi qanunvericiliyini təkmilləşdirməkdən ibarət deyil. O, iqtisadiyyatın bütün sahələrini, o cümlədən, bank sektoru, inşaat və turizm sahələrini əhatə edir”,- N. Məmmədova bildirib.

O, qeyd edib ki, 2 il əvvəl AmCham-ın bir sıra təklifləri hökumət tərəfindən nəzərə alınıb.

N.Məmmədova inanır ki, hökumət biznes mühitinin yaxşılaşdırılması ilə əlaqədar AmCham-ın təkliflərini bu il də diqqətdən kənarda qoymayacaq.

Onun sözlərinə görə, hazırda Azərbaycan yeni çağırışlarla qarşılaşıb.

“ Ölkə yeni- postneft dövrünü yaşayır”,- deyən AmCham rəhbəri bildirib ki,  Azərbaycan rəhbərliyi qeyri-neft sektoru və sahibkarlığın inkişafına yönələn bütün islahatları dəstəkləyir.

Qeyd edək ki, “Vergi sistemində inkişaf” V İllik Vergi konfransı AmCham- Azərbaycanda ABŞ Ticarət Palatasının təşkilatçılığı ilə həyata keçirilib. Konfransda Vergilər Nazirilyi, AmCham, Milli Məclis, Nazirlər Kabineti, Azərbaycan Prezidenti Administrasiyası, ABŞ-ın Azərbaycandakı sərfliyinin nümayəndələri, həmçinin,  bəzi biznes-strukturların rəhbərləri iştirak edib.

1news.az

Paylaş:
1790

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər