KİV: Latviya prezidenti xəstəxanaya yerləşdirilib
Latviyanın prezidenti Raymond Veyonis bazar ertəsi səhər Riqanın Şərq kliniki xəsətənası olan “Qaylezes”ə yerləşdirilib, bu haqda ölkənin aparıcı KİV-i məlumat yayıb.
Xəstəxanada jurnalistlərə faktı təsdiqləsələr də, daha ətraflı məlumat əldə etmək mümkün olmayıb. Dövlət başçısının mətbuat xidmətindən məlumat verilib ki, prezidentin bu həftə planlaşdırılmış görüşləri təxirə salınıb.
Veyonisin bu həftə Gürcüstan Parlamentinin nümayəndəsi David Usupaşviliilə görüşü, eyni zamanda 1991-ci ildə barrikada müdafiəçilərinin xatirəsinə həsr olunmuş tədbiri planlaşdırılmışdı. Eyni zamanda Azadlıq və Bastion dağında ucaldılmış heykəllər önünə gül dəstələri qoyma da nəzərdə tutulmuşdu.
РИА Новости
593