Çaylarda aparılan monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətlə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160-210, Kiçik Qafqazın çaylarında 100-190, Lənkəran-Astara bölgəsi çaylarında isə 50-110 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətlə bağlı bildirilib ki, yanvarın 18-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 10 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 197 m3/s olmaqla ongünlük normanın 123 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 119 m3/s olmaqla ongünlük normanın 74 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 93 m3/s olmaqla, ongünlük normanın 139 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 60 m3/s təşkil edərək ongünlük normanın 90 faizinə bərabər olub.
Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, yanvarın 18-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda və Bankədə 2, Salyanda 5 sm azalma, Araz çayının Novruzlu məntəqəsində isə 2 sm artım qeydə alınıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 443 sm (2015-ci il yanvarın 18-də 378 sm), Şirvanda 325 sm (2015-ci il yanvarın 18-də 253 sm), Salyanda 281 sm (2015-ci il yanvarın 18-də 237 sm), Bankədə 217 sm (2015-ci il yanvarın 18-də 211 sm), Araz çayının Novruzlu məntəqəsində isə 178 sm (2015-ci il yanvarın 18-də 130 sm) təşkil edir.
1news.az